21:49 20 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
XƏBƏRLƏR
Qısa URL
9301

Azərbaycanda 8 il əvvəl "Gənclər siyasəti haqqında" qanunla endirilən gənclik yaşını yenidən yuxarı qaldırmaq istəyirlər.

BAKI, 3 yan-Sputnik. Azərbaycanda "Gənclər siyasəti haqqında" qanuna əlavə və dəyişikliklərin edilməsi üçün hazırlanan paketdə alimlər üçün gənclik yaşının ən azı 35, ən çoxu 40 kimi qəbul edilməsi təklif edilir.

Sputnik-in məlumatına görə, bunu Trend-ə gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib.

Nazir müavinin sözlərinə görə, bu yaş keçirilən çoxsaylı müzakirələr nəticəsində müəyyənləşib: "Gənclik yaşı 40-dan yuxarı ola bilməz. Gənclik yaş senzinin 35-dən aşağı olması da işimizə bir o qədər də müsbət təsir etməz. Hesab edirik ki, 35 normal yaşdır. Buna görə də ən azı, 35 yaşın olmasını təklif edirik".

İ.Babayev qeyd edib ki, yeni layihədə gənclərin elm sahəsinə cəlb edilməsi üçün stimullaşdırılma ilə də bağlı bəndlərin öz əksini tapacağı gözlənilir.

İ.Babayev əlavə edib ki, "Gənclər siyasəti haqqında" ilk qanun 2002-ci ildə qəbul olunan zaman sırf çərçivə, əsas istiqamətləri müəyyən edən qanun idi. 2007-ci ildə artıq qanuna düzəlişlər olunarkən bir sıra bəndlərdə daha da dəqiqləşdimələr həyata keçirilib.

Nazir müavini hesab edir ki, aparılan təhlillərin nəticələrinə əsasən, artıq "Gənclik siyasəti haqqında" qanun çox təkmil sayılır: "Bu gün "Gənclər siyasəti" haqqında qanunda "gənc ailə", "gənclər təşkilatları", "gənc vətəndaş" anlayışları göstərilsə də, "gənc alim" bir anlayış kimi qeyd edilməyib. Buna görə də "gənc alim" anlayışının da qanuna daxil edilməsi zərurəti var".

Xatırladaq ki, 2007-ci ildə Azərbaycan Milli Məclisi gənclik yaşının 35-dən 29-a endirilməsi ilə əlaqədar "Gənclər siyasəti haqqında" Qanuna dəyişiklik edib. O vaxt Parlamentin sosial siyasət daimi komissiyasının sədri Hadi Rəcəbli (hazırda Əmək və Sosial Siyasət Komitəsinin sədri) demişdi ki, bu dəyişiklik beynəlxalq standartlara uyğundur. Çünki dünyada qəbul olunan gənclik yaşı 29-dur.

Əlaqədar

Gənclər Fondu Qrant müsabiqəsi elan edib
Müasir gənclərin üç əsas düşməni
Gənclər xüsusi hərbi hazırlığa cəlb ediləcəklər
Əgər gənclərin əlindən telefonu alsaq...
Teqlər:
Hadi Rəcəbli, gənclər və idman nazirinin müavini İntiqam Babayev, Gənclər və idman Nazirliyi, Gənclər siyasəti haqqında, Milli Məclis

Əsas mövzular