Sabah Azərbaycanda -12°-dək şaxta olacaq

© 1366x768.ruQış, qar
Qış, qar - Sputnik Azərbaycan
Abunə olmaq
Yanvarın 2-də respublikanın çox yerinə qar yağacaq

BAKI, 1 yan-Sputnik. Yanvarın 2-də respublika ərazisində qar yağacağı gözlənilir.

Bakıda 2016-cı ilin ilk qarı - Sputnik Azərbaycan
HADİSƏ
Bakı Yeni ili qarla qarşıladı

Sputnik Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadla xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında havanın fasilələrlə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Gecə və səhər yolların buz bağlayacağı, çovğun olacağı ehtimalı var.

Havanın temperaturunun gecə 0-3° şaxta, gündüz 0-3° isti olacağı gözlənilir.

Yanvarın 2-də Azərbaycanın rayonlarında arabir qar yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq. Yollar buz bağlayacaq.

Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 1-5° isti, dağlarda gecə 7-12° şaxta, gündüz 1-6° şaxta olacağı gözlənilir.

Xəbər lenti
0