22:48 13 Dekabr 2017
Canlı yayım
Xəsarət almış jurnalist

Bu il dünyada öldürülən jurnalistlərin statistikası açıqlandı

© versiya.info
XƏBƏRLƏR
Qısa URL
21010

2015-ci ildə 69 jurnalist qətlə yetirilib.

BAKI, 30 dek-Sputnik. Jurnalistlərin Müdafiəsi Komitəsi (Committee to Protect Journalists — CPJ) bu il dünya üzrə öldürülən jurnalistlərin statistikasını açıqlayıb. 

CPJ-nin son hesabatında 2015-ci ildə bütün dünyada 69 jurnalistin peşə fəaliyyəti zamanı həlak olduğu qeyd edilib.

Sputnik-in CPJ.org-a istinadən verdiyi məlumata görə, jurnalistlərdən 28 nəfəri və ya 40 faizinin İslam ekstremistləri tərəfindən öldürüldüyü bildirilir.

Bu siyahıya bu ilin 1 yanvar — 23 dekabr tarixləri arasında öldürülmüş jurnalistlər daxil edilib. Bu siyahıda 2014-cü ildə 61 jurnalist vardı.

CPJ-nin hesabatında deyilir ki, 2015-ci ildə öldürülümüş jurnalistlərin sayı arta bilər, çünki daha 26 jurnalistin qətli üzrə araşdırmalar hələ başa çatmayıb.

Futbolçunu facebookda tənqid etdiyinə görə döyülərək öldürülən Azərbaycan jurnalisti Rasim Əliyevin adı hələlik 69 nəfərlik siyahıda təsdiqlənməyib. CPJ-nin saytında bu, "motivi hələlik bilinməyən qətl" kimi qeyd olunub.

Təşkilatın saytındakı izahata görə, "motivi təsdiqlənməmiş" termini o deməkdir ki, CPJ-nin öz araşdırması davam edir və o, müstəqil olaraq jurnalistin peşə fəaliyyəti ilə bağlı öldürüldüyünü hesab edə bilər.

CPJ məhz buna görə jurnalist ölümləri ilə əlaqədar siyahıları vaxtaşırı yenilədiyini vurğulayıb.

2015-ci ildə jurnalist ölümlərinin ənənəvi xəritəsi də bir qədər dəyişib.

2015-cı ildə ən çox jurnalist ölümü Suriyada qeydə alınıb. Bu il Suriyada 13 jurnalist öldürülüb, baxmayaraq ki, ötən illə müqayisədə bu ölkədə öldürülən jurnalistlərin sayı azalıb.

"Charlie Hebdo" satirik jurnalına silahlı basqında 9 jurnalistin öldürülməsi nəticəsində Fransa jurnalist ölümlərinə görə cədvəldə ikinci yerə qalxıb.

3-cü yeri 6 jurnalistlə Braziliya tutur. ABŞ və Türkiyə hər biri 2 jurnalistlə 10-11-ci yerləri bölüşdürür.

Jurnalistlər üçün təhlükəli ölkələrin siyahısında Şimali Sudan, Yəmən, İraq və Banqladeş də var. Adıçəkilən ölkələrin hərəsində bu il 5 jurnalist öldürülüb. Meksika 4, Somali 3 jurnalistin qətli ilə siyahıda ardıcıl olaraq 8-9-cu yerləri tuturlar.
Kenya, Ukrayna, Pakistan, Kolumbiya, Liviya, Polşa, Qana, Hindistan və Qvatemalanın hərəsində 1 jurnalist qətlə yetirilib.

Əlaqədar

Jurnalist hüquqlarını pozanlar yüksək məbləğdə cərimə ödəyəcəklər
Rasim Əliyevin vəkili: Futbolçunu cəzadan kənarda saxlamağa çalışırlar
Rasim Əliyevin ölümünə səbəb olan anın videosu yayıldı
Mərhum Rasim Əliyevi əməliyyat edən həkim özünü günahsız elan edib
AFFA Rasim Əliyevlə bağlı bəyanat verdi
Teqlər:
Kenya, Qana, Şimali Sudan, CPJ.org, CPJ, Committee to Protect Journalists, Banqladeş, Braziliya, Hindistan, Yəmən, Ukrayna, Pakistan, jurnalist

Əsas mövzular