20:38 13 Dekabr 2017
Canlı yayım
Türk Hava Yollarının təyyarəsi

İstanbuldan Azərbaycana aviareyslər təxirə salınıb

© AZƏRTAC
XƏBƏRLƏR
Qısa URL
3501

AZAL-ın təyyarələri isə hələ ki, uçuşları təxirə salmayıb.

BAKI, 30 dek-Sputnik. Dekabrın 31-də Türkiyədən Azərbaycana həyata keçiriləcək uçuşlar təxirə salınıb.

Sputnik-in məlumatına görə, bu barədə Türk Hava Yollarının (THY) rəsmi səhifəsində məlumat verilir. Uçuşların təxirə salınmasına səbəb dekabrın 30-31-də İstanbulda gözlənilən qarlı hava şəraitidir.

Dekabrın 31-də İstanbul Atatürk Hava Limanından Bakı, Naxçıvan və Gəncə istiqamətində həyata keçirilməsi nəzərdə tutulan uçuşlar təxirə salınıb.

Kəskin hava şəraiti ilə əlaqədar THY ümumilikdə 142 uçuşunu müvəqqəti dayandırıb.

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski Sputnik-ə bildirib ki, bu gün AZAL-ın Bakı-İstanbul reysi üzrə iki təyyarəsi uçacaq. Sabahkı uçuşlar isə hələlik təxirə salınmayıb. Əgər fors-major olsa, o zaman AZAL uçuşun təxirə salınması barədə qərar qəbul edəcək.

Əlaqədar

AZAL uçuş qiymətlərini endirdiyini elan edib
AZAL Bakı-Moskva-Bakı reysinin biletlərində ciddi endirim edib
AZAL Dubaya loukost reyslərin dayandırılması səbəbini açıqladı
“Türk Hava Yolları” İstanbul-Bakı uçuşları iki günlük təxirə salıb
Türk hava yolları bu ölkəyə uçuşları dayandırdı
Teqlər:
Paşa Kəsəmənski, Gəncə, Bakı, İstanbul, AZAL, "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL), Türk Hava Yolları

Əsas mövzular