09:46 29 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
8410

AZAL mətbuat xidməti: Yanvarın 5-dən Moskva, Dubay, İstanbul və Antalyaya bilet 89 avro olacaq.

BAKI, 29 dek-Sputnik. "Azərbaycan Hava Yolları" QSC Moskva ("Vnukovo" hava limanı), Dubay ("Əl-Məktum" hava limanı), İstanbul ("Sabiha Gökçən" hava limanı) və Antalyaya aşağı büdcəli reyslərə aviabiletlərin qiymətinin endirilməsini elan edir.

AZAL-ın mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, 2016-cı il yanvarın 5-dən etibarən yuxarıda göstərilən istiqamətlərə aviabiletlərin qiyməti Bakıdan uçmaqla cəmi 89 avro təşkil edəcək.

Yanvarın 5-dən etibarən bütün beynəlxalq istiqamətlər üzrə reyslər, o cümlədən sözügedən aşağı büdcəli reyslər Heydər Əliyev Beynəlxalq Hava Limanının birinci terminalından yerinə yetiriləcək.

Aviaşirkət avroya nisbətdə milli valyutanın məzənnəsinin dəyişməsi ilə əlaqədar qiymətlərə yenidən baxılmasını davam etdirir. Bundan öncə şirkət Moskva, Sankt-Peterburq, Kazan, Mineralnıye Vodı, İstanbul, Ankara, Antalya, Təl-Əviv, Tehran, Dubay, Aktau, Kiyev, Lvov, Minsk, Tbilisi və s. kimi şəhərlərə aviabilet qiymətlərə yenidən baxılacağını elan edib.

AZAL-ın vitse-rrezidenti Eldar Hacıyev deyib ki, aşağı tarifli uçuşların siyahısı bundan sonra da genişlənəcək. Bu yaxınlarda Bakı-Moskva (Domodedovo hava limanı) reysinə yeni aşağı büdcəli Promo tarifini tətbiq edilib ki, bu tarifə baqaj daxil edilməyib. Həmçinin, növbəti yay mövsümündə Alanya kurort şəhərinə yeni aşağı tarifli reysin açılması planlaşdırılır. Gələn il "Azərbaycan Hava Yolları" bir çox istiqamətlər üzrə aşağı büdcəli tariflərin siyahısını genişləndirməyi davam etdirəcək.

Əlaqədar

AZAL-dan sərnişinləri şaşırdan qeyri-adi fləşmob
AZAL Bakı-Moskva-Bakı reysinin biletlərində ciddi endirim edib
AZAL Dubaya loukost reyslərin dayandırılması səbəbini açıqladı
AZAL-dan yeni il endirimləri
AZAL-dan tələbələrə hədiyyə
Teqlər:
bilet, Təyyarə, Eldar Hacıyev, vitse-prezident, Tbilisi, Minsk, Lvov, Kiyev, Aktau, Tehran, Təl-Əviv, Kazan, Sankt-Peterburq, Mineralnıye Vodı, Antalya, İstanbul, Sabiha Gökçən, Moskva, Dubay, Vnukovo, AZAL, "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL)

Əsas mövzular