Siqareti yerə atanlar 500, saqqızı atanlar 50 manat cərimələnəcəklər

© zoneland.ruSiqaret kötüyü
Siqaret kötüyü - Sputnik Azərbaycan
Abunə olmaq
Parlamentdə keçirilən səsvermə zamanı millət vəkilləri, ictimai yerlərə yerə zibil atanlara qarşı sərt cəzalar verilməsi fikrini dəstəkləyiblər.

BAKI, 29 dek — Sputnik. Dünyanın əksər ölkələrində ictimai yerləri zibilləyənlərə qarşı sərt cəza tədbirləri görülür. Belə ölkələr siyahısına İtaliya da daxil olub.

Parlamentdə keçirilən səsvermə zamanı millət vəkilləri, ictimai yerlərə yerə zibil atanlara qarşı sərt cəzalar verilməsi fikrini dəstəkləyiblər.

Bundan sonra İtaliyada siqaret kötüyünü yerə atan vətəndaşlar 300 avro (500 manat) cərimələnəcəklər.

Siqaret kötüyü - Sputnik Azərbaycan
Siqareti yerə atanlar bu məbləğdə cərimələnəcəklər

Qərar tək siqareti əhatə etmir. O cümlədən, saqqızı yerə tüpürüb atanlar 30 avro (50), bir istifadəlik stakanları zibil qutularına məhəl qoymadan yerə tullayanları isə 150 avro cərimə gözləyir.

Xatırladaq ki, Azərbaycanda da qadağan olunmuş yerlərdə siqaret çəkilməsinə qarşı cəzalar sərtləşdirilir. Prezident tərəfindən təqdim olunan yeni İnzibati Xətalar Məcəlləsinə (İXM) əsasən qadağan edilmiş yerlərdə siqaret çəkən şəxslər 30 manat məbləğində cərimə ediləcəklər. Qüvvədə olan İXM-də siqaret çəkməyə görə cərimə nəzərdə tutulmur. Həmçinin, yeni Məcəlləyə əsasən müəssisə, idarə və təşkilatlarda siqaret çəkmək üçün xüsusi yerlərin ayrılması, görünən yerlərdə "siqaret çəkmək qadağandır" xəbərdarlıq yazısı və ya işarəsinin təmin edilməməsinə görə vəzifəli şəxslər 400 manat, hüquqi şəxslər 1000 manat cərimə edilir.

Qanuna əsasən tədris, tərbiyə, səhiyyə, sağlamlıq, mədəniyyət obyektləri, idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi zallar, iş yerləri, ticarət, ictimai-iaşə, məişət obyektləri, ümumi istifadədə olan yaşayış binaları və digər qapalı yerlər, ictimai nəqliyyatda siqaret çəkilməsi qadağan edilir.

Xəbər lenti
0