13:17 25 Fevral 2018
Canlı yayım
Rauf Mirqədirov

Rauf Mirqədirov bəraət istəyib

azadliq.org
XƏBƏRLƏR
Qısa URL
901

"Zerkalo" qəzetinin sabiq əməkdaşı Rauf Mirqədirov məhkəmədə son sözünü deyib.

BAKI, 25 dek-Sputnik. "Zerkalo" qəzetinin sabiq əməkdaşı Rauf Mirqədirov məhkəmədə son sözünü deyib.

Sputnik-in məlumatına görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rauf Mirqədirovun məhkəmə prosesinin növbəti iclası keçirilib.

Mirqədirovun vəkili Fuad Ağayevin sözlərinə görə, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən qapalı prosesdə Rauf Mirqədirov son söz söyləyərək bəraət istəyib.

Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülən ittihamlarda təqsirli bilməyib və ittihamları əsassız adlandırıb.

Məhkəmə müşavirə keçirib. Hakim məhkəmənin qeyri-müəyyən vaxta qədər təxirə salındığını deyib.

Ötən məhkəmə proseslərində dövlət ittihamçısı R.Mirqədirovun 7 il müddətinə azadlıqdam məhrum edilməsini istəyib və vəkil Fuad Ağayev müdafiə etdiyi şəxsə bəraət istəyib.

Prokuror hakimlər kollegiyasından R.Mirqədirova qarşı açılmış cinayət işinə Cinayət Məcəlləsinin 62-ci (cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) maddəsinin tətbiq edilərək onun işinin yüngülləşdirilməsini istəyib.

R.Mirqədirovla bağlı istintaq Milli Təhlükəsizlik Nazirliyi tərəfindən aparılıb.

R.Mirqədirov 2014-cü il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. Azərbaycan vətəndaşı Mirqədirov Rauf Həbibulla oğlunun Azərbaycanın suverenliyi, dövlət təhlükəsizliyi, ərazi toxunulmazlığı və müdafiə qabiliyyəti zərərinə olaraq 2008-ci ilin aprelindən etibarən Ermənistanın xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək onların tapşırıqları əsasında Azərbaycana qarşı düşmənçilik fəaliyyəti aparılmasında istifadə üçün ölkədəki ictimai-siyasi, hərbi sahədəki vəziyyət, həmçinin dövlət sirri təşkil edən digər məlumatları fotoşəkilllər və sxemlərlə birlikdə Ermənistan, Gürcüstan və Türkiyə ərazisində dəfələrlə görüşüb onlara verməsində əsaslı şübhələr olduğundan həmin faktla bağlı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi başlayıb.

Əlaqədar

Dövlət İttihamçısı Rauf Mirqədirova 7 il iş istədi
Rauf Mirqədirovun məhkəmə istintaqı başa çatıb
Ombudsmanın nümayəndələri Rauf Mirqədirov və Arif Yunusla görüşüblər
Rauf Mirqədirovun həbs müddəti uzadılıb
MTN-də saxlanılan Rauf Mirqədirovun səhhətində problem var
Teqlər:
Fuad, vəkil, məhkəmə, hakim, Prokuror, Cinayət Məcəlləsi, Rauf Mirqədirov, jurnalist, Zerkalo" qəzeti, Zerkalo

Əsas mövzular