07:52 25 İyun 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9745
Facebook'un kurucusu Mark Zuckerberg, şirketin enerji ihtiyacını 200 megavatlık rüzgar türbinlerinden karşılayacağını söyledi.

Facebook-un yaradıcısı dünyaya sanki dərs keçdi

© AFP 2018 / LUIS GENE
XƏBƏRLƏR
Qısa URL
252721

Mark Zukerberq: Mənim bir mənzilim var, orda çarpayı, masa, stul və çaynikdən başqa heç nə, hətta internetə giriş belə yoxdur.

BAKI, 25 dek-Sputnik. Facebook-un yaradıcısı Mark Zukerberq (Mark Elliot Zuckerberg) dünyanın ən populyar adamlarından biridir. Belə gənc yaşda bu qədər fərasətli olmaq, bu qədər tanınmaq və varlanmaq hər adamın işi deyil. Onun qədər uğurlu olmaq, yəqin ki, hər kəsin arzusudur. Bəs onun uğurunun sirri nədədir? Reallıqları qiymətləndirməyi bacarmaq, kreativ düşünmək qabiliyyəti, risqlərdən və itirməkdən qorxmamaq. Bu qədər uğurlu adamın dediklərini dünya şübhəsiz dərs kimi qəbul edir.

Sputnik, Mark Zukerberqin hər kəs üçün faydalı ola biləcək fikirlərini təqdim edir:

1. İnternetdən istifadə zamanı anonimliyi qorumağa çalışmaq — qorxaqlıqdır.

2. Əlimizdən gələn hər şeyi edəcəyik ki, bizim saytımız sizə monitordan bir an olsa belə çəkilməyə macal verməsin.

3. Sosial şəbəkə — dostluğa alternativ deyil, bu sadəcə dostluğun davamıdır.

4. Ən effektiv reklam — dost tövsiyəsidir.

5. Yaşlandıqca anlayıram ki, voyeuristlər üçün xidmətlərin təqdimi — qazanc əldə etməyin ən yaxşı yoludur.

6. Mənim bir mənzilim var, orda çarpayı, masa, stul və çaynikdən başqa heç nə yoxdur. Həmçinin mənim internetə də girişim yoxdur. Bu o deməkdir ki, mən istəyəndə özümü tam təcrid edə bilirəm. Ya da mən ora internet çəkmək üçün çox tənbələm.

7. Hər yüzillikdə kütləvi informasiya vasitələri müəyyən dəyişikliklərə məruz qalır. İndi isə konkret insanlar arasında total informasiya mübadiləsinin zamanı yetişib. İnternet reklamının gələcəyi buna bağlıdır: Sən dostunun səhifəsinə baxanda onun etdiyi bir tövsiyəni görürsən, heç nə bu qədər yaxşı işə yaraya bilməz."

8. Hansısa bir anda dövlət xoşlamadığı bir şeyi blok etmək imkanı əldə edəcək. Bu isə artıq, ümumilikdə cəmiyyətin əleyhinədir (ictimaiyyətin ziyanınadır).

9. Facebook-un İPO-su nəticəsində əldə edəcəyimiz 18 milyard dollarla nə etməyi düşünürəm? Ola bilsin ki, Yunanıstanı aldım, amma düşünürəm ki, bundan sonra da mənim 18 milyard dollarım qalacaq.

10. Ən böyük risk heç cürə riskə getməməkdir. Olduqca sürətlə dəyişən dünyada, uğursuzluğa 100% zəmanət verən yeganə strategiya — riskə getməməkdir.

Teqlər:
Mark Zukerberq, facebook, Mark Elliot Zuckerberg

Əsas mövzular