Türk ordusu Suriyaya qoşun yeritdi

© AFP 2023 / Iakovos HatzistavrouTürkiyə Silahlı Qüvvələri
Türkiyə Silahlı Qüvvələri - Sputnik Azərbaycan
Abunə olmaq
Türk general ordunun Suriyanın şimalında baş verənlərə seyirçi qalmamaq üçün bölgəyə yerləşdirildiyini açıqlayıb.

BAKI, 25 dek — Sputnik. Sayı on minə yaxınlaşan türk əsgərləri ağır hərbi texnika ilə birlikdə Suriyanın şimalındakı Rojova bölgəsinin Kamışlo qəsəbəsinə yerləşdirilib. 

Bu barədə Türkiyə mətbuat xəbər yayıb.

Sputnik Timeturk-a istinadla xəbər verir ki, Rojova, PKK terror təşkilatının Suriyadakı qolu olan PYD-nin özü üçün paytaxt seçdiyi şəhərdir.

Hələlik rəsmi açıqlama verilməsə də, nə hökumət nə də Türkiyənin Baş Qərargahı xəbəri təkzib etməyib. Adının açıqlanmasını istəməyən bir nəfər türk generalı, ordunun Suriyanın şimalında baş verənlərə seyirçi qalmamaq üçün bölgəyə yerləşdirildiyini deyib.

"Suriyanın Türkiyə ilə sərhəddində yeni dövlət qurulmasına Ankara heç vaxt icazə verməyəcək" deyə general bildirib.

Mövzunu Sputnik üçün şərh edən politoloq Qabil Hüseynli, Suriyanın şimalında sabitlik yaratmaq Türkiyə üçün ölüm-dirim məsələsidir deyib:

"Rusiyanın hədə qorxularına baxmayaraq, Türkiyə Suriyada olanlara tamaşa etməyəcək. Hətta Rusiya ilə müharibə başlasa belə Türkiyə bu məsələdə sona qədər gedəcək. Ankara dəfələrlə bəyan edib ki, PYD-nin Suriyanın şimalında silahlanmasına göz yummayacaq. Baxmayaraq ki, bugün ruslar İŞİD-i bəhanə edərək həmin o kürd PYD qruplaşmasına silahlar satır. Faktiki olaraq PYD PKK terror təşkilatının qoludur və Türkiyə hər ikisini terrorçu təşkilat kimi tanıyır".

Xəbər lenti
0