15:21 25 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
81811

Mahmud Abbas: Fələstin probleminin həlli üçün İsrail tərəfinə əlimizi uzadırıq və cavab gözləyirik.

BAKI, 22 dek — Sputnik. Yunanıstanda səfərdə olan Fələstin dövlətinin rəhbəri Mahmud Abbas, verdiyi açıqlama ilə bütün dünyanın diqqətini özünə çəkib. Abbas, Fələstin probleminin birdəfəlik həlli üçün İsraillə əməkdaşlığa hazır olduqlarını və qarşı tərəfə əl uzatdıqlarını deyib.

"İsrailin Fələstin torpaqlarının işğalına son qoyması zəruridir. Effektli müzakirələr üçün bu şərtdir. Bölgədə iki dövlətli həll olmadıqca Yaxın şərqə sülh gəlməz. Paytaxtı şərqi-Qüds olmayan Fələstin dövləti qurulmadıqca böhran davam edəcək".

Mahmud Abbas, İsrail-Fələstin danışıqlarında Yunanıstanın vacib rol oynaya biləcəyini açıqlayıb.

Öz növbəsində Yunanıstanın baş naziri Aleksis Çipras, Abbasın Afina səfərinin Fələstin probleminin həllinə təkan verəcəyini vurğulayıb.

Əlaqədar

77 fələstinli və 10 israilli dünyasını dəyişdi
Fələstin prezidenti Misirə hansı səbəblə gedir?
Qüdsdə İsrail-Fələstin qarşıdurması, 40 fələstinli yaralandı
İsrail əsgərləri fələstinliləri öldürməkdə davam edir
BMT İsraillə Fələstini yenə sülh danışıqlarına çağırdı
BMT binasına Fələstin bayrağı asılacaq
İsrail fələstinli xristianlara qaz bombası ilə müdaxilə etdi
İsrail mindən çox fələstinli uşağı ömürlük şikəst etdi
Mahmud Abbas Fələstin Azadlıq Təşkilatının rəhbərliyindən istefa verib
İsrail fələstinli vəkili azad etməyə məcbur oldu
Teqlər:
Afina, Aleksis Tsipras, Qüds, İsrail, Fələstin, Yunanıstan, Mahmud Abbas

Əsas mövzular