18:05 29 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
14901

Axşam saatlarında qəflətən halı pisləşən aktyor öz evində vəfat edib.

BAKI, 21 dek-Sputnik. Bu gün axşam saat 21:00 radələrində əməkdar artist Ələsgər Məmmədoğlu dünyasını dəyişib.

Sputnik aktyorun yaxınlarına istinadən xəbər verir ki, onun səhhəti axşam saatlarında qəflətən pisləşib. Ailəsi evə təcili yardım çağırsa da, həkimlər aktyorun həyatını xilas edə bilməyiblər və o, öz evində vəfat edib.

Noyabrın 12-də günorta saatlarında təzyiqdən əziyyət çəkən aktyorun səhhəti pisləşmişdi. O, Binəqədi rayonundakı xəstəxanalardan birinə yerləşdirilmiş, ilkin müayinə və müalicələrdən sonra vəziyyəti stabilləşmiş və evə buraxılmışdı.

Əsasən komedik rolları ilə tamaşaçılara tanış olan Ələsgər Məmmədoğlu 9 fevral 1946-cı ildə Bakı şəhərində anadan olub. 1975-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. 1977-ci ildə Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilib. 1982-ci ildə Sumqayıt Dövlət Dram Teatrına, 6 aydan sonra isə Tədris Teatrına keçib.

Ələsgər Məmmədoğlu bir çox teletamaşalarda, Şair ("Evləri köndələn yar" Anar), Milis ("Yaşıl eynəkli adam" V.Səmədoğlu), Nökər ("Mehmanxana sahibəsi" K.Haldoni), Dəmir —qaya "Topal Teymur" H.Cavid), Narsatan ("Qatarda" İ.Məlikzadə), Gümrah ("Alov" M.Hüseyn) kimi obrazlar yaradıb. "Mozalan" satirik kino-jurnalının 20 —yə yaxın süjetinə çəkilən Ə. Məmmədoğlu, "Ömrun səhifələri" (Ələsgər), "Xoşbəxtlik qayğıları"(Əlövsət), "Bəyin oğurlanması" (Ələsgər), "Tehran —43" (Qulam Rza) və başqa bədii filmlərdə də yaddaqalan obrazlar yaradıb.

2002-ci ildə o, Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülüb.

Əlaqədar

Əməkdar artist Ələsgər Məmmədoğlu xəstəxanaya yerləşdirilib
Teqlər:
Azərbaycan Dövlət İncəsənət İnstitutu, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru, aktyor, Ələsgər Məmmədoğlu

Əsas mövzular