03:45 28 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
9512

BAKI, 19 dek-Sputnik. Türkiyənin baş naziri Əhməd Davudoğlu Rusiya prezidenti Vladimir Putinin dekabrın 17-də keçirdiyi illik mətbuat konfransında Türkiyənin ünvanına işlətdiyi ifadələri ciddi qəbul etmədiyini deyib. O, "KQB günləri geridə qaldı" — deyə ironik şərh verib.

Sputnik Türkiyənin "Hürriyət" qəzetinə istinadən xəbər verir ki, bunları Davudoğlu Brüsseldə 10 Avropa Birliyi lideri ilə görüşdən dönərkən jurnalistlərə deyib.

Putinin ünvanına sərt ifadələr işlədən Davudoğlu onu keçmişdə qalmaqda ittiham edib:

"Bir ay əvvəl belə günlərdə Putin heç belə bir açıqlama verərdi? Birdən-birə Türkiyənin müsəlman ölkə olduğunu, islamlaşmaya doğru getdiyini, ABŞ-la yaxşı münasibətlərdə olduğunu xatırlatdı. Bir fikri ciddi qəbul etmək üçün gərək o fikir konyuktur şərtlərdən kənar olsun. Putinin bu barədə dediyi heç bir sözü ciddi qəbul etmirəm. Bir ay əvvəl lazımsız hesab edilən şeylər indi deyilirsə, özü də belə uşaq tövrü ilə, buna nə deyəsən? Əvvəllər belə hərəkətləri qiyamçılar edərdilər, indi Rusiya edir. Hələ indi Putinin ağlına Türkiyənin daxilində müxalifət formalaşdırmaq gəlib. Belə şeylər dünyada ironik təbəssüm yaradır. Hörmətli prezidentimizin ailəsi ilə bağlı iddiaları gündəmə gətirərkən, dedim ki, bu bir sovetsayağı təbliğatdır. Amma indi Putinin simasında Rusiya adından danışan bir sovet düşüncəsi gördüm. Deyəsən, Putin KQB günlərində qalıb. Amma KQB də, sovet təbliğatı da keçmişdə qaldı. Bunlar ciddi qəbul ediləcək, müasir dövrün ruhuna uyğun açıqlamalar deyil. Mən buna sadəcə təbəssümlə yanaşıram və ciddi qəbul etmirəm."

Əlaqədar

Türkiyə MTŞ Rusiyaya qarşı cavab tədbirlərini müzakirə edib
"Su-24"ün Türkiyə sərhəddini pozmadığına dair sübutlarımız var
Rusiya faktoru Türkiyə ilə İsraili yaxınlaşdırdı
Yusuf Çınar: Deyəsən Putin Türkiyənin NATO üzvü olduğunu unudub
Vladimir Putin: Atatürk yəqin ki, qəbirdə çevrilir
Rəcəb Tayyib Ərdoğan: Vladimir Putin məni yaxşı tanıyır
Teqlər:
Vladimir Putin, KQB, Rusiya prezidenti Vladimir Putin, Əhməd Davudoğlu, Türkiyə

Əsas mövzular