Serj Sarkisyan Müdafiə Nazirliyində müşavirə keçirib

© Aleksei Druzhinin  / Mediabanka keçidПрезидент Республики Армения Серж Саргсян
Президент Республики Армения Серж Саргсян - Sputnik Azərbaycan
Abunə olmaq

BAKI, 18 dek-Sputnik. Ermənistan Müdafiə Nazirliyində prezident Serj Sarkisyanın iştirakı ilə müşavirə keçirilib.

Sputnik News Armenia-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, baş nazir, müdafiə və maliyyə nazirləri, eləcə də digər yüksək vəzifəli şəxslərin iştirak etdiyi müşavirədə 2014 —2015-ci illər üçün Strateji Müdafiə İcmalının nəticələri açıqlanıb.

Toplantıda həmçinin 2016 —2020-ci illər üçün Ermənistan Silahlı Qüvvələrinin İnkişaf Planı, Silahlanma və hərbi texnikanın inkişafı proqramları müzakirə olunub.

Sarkisyan Strateji Müdafiə İcmalının yekunlarının həyata keçirilməsi istiqamətində konkret tapşırıqlar verib.

Xəbər lenti
0