15:57 25 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
3801

Yatsenyuk: Rusiya borcun restrukturizasiyası ilə bağlı sazişi imzalamaqdan imtina etdiyi üçün biz onun ödənilməsinə moratorium qoymaq məcburiyyətində qaldıq.

BAKI, 18 dek-Sputnik. Ukrayna hökuməti Rusiyaya 3 milyard dollarlıq borcun ödənilməsinə moratorium tətbiq edib.

Sputnik-in məlumatına görə, bu barədə Ukraynanın baş naziri Arseniy Yatsenyuk bildirib. O deyib ki, sözügedən qərarı verməyə onları Rusiya vadar edib.

"Rəsmi Kiyevin cəhdlərinə baxmayaraq, Rusiya tərəfi borcun restrukturizasiyası ilə bağlı sazişi imzalamaqdan imtina edib. Buna görə də, biz borcun ödənilməsinə moratorium qoymaq məcburiyyətində qaldıq" — deyə Yatsenyuk bildirib.

Baş nazir həmçinin qeyd edib ki, Ukraynanın Nazirlər Kabineti Rusiya ilə məhkəmədə görüşməyə hazırdır.

Ukraynanın Rusiyaya olan borcunun ödənilməsi ilə bağlı verilmiş son tarix dekabrın 20-də başa çatır.

Əlaqədar

Türkiyə Ukraynada hərbi baza yaradacaq
Putin: Gələn il Ukrayna ilə əlaqələrimiz daha da pisləşəcək
Ukrayna Rusiya ilə azad ticarət zonasının ləğvinə hazırdır
Teqlər:
borc, məhkəmə, Nazirlər Kabineti, Rusiya, Arseniy Yatsenyuk, Ukrayna

Əsas mövzular