İsrail Türkiyəyə 20 milyon dollar təzminat ödəyəcək

© pco.org.br"Mavi Mərmərə" gəmisi
Mavi Mərmərə gəmisi - Sputnik Azərbaycan
Abunə olmaq
İsrail tərəfinin "Mavi Mərmərə" gəmisinə etdiyi hücumdan sonra pozulan münasibətlər 5 ildən sonra bərpa edilir.

BAKI, 18 dek-Sputnik. İsrail hərbçilərinin 2010-cu ildə Qəzzaya humanitar yardım daşıyan "Mavi Mərmərə" gəmisinə etdiyi hücumda 9-u türk olmaqla 10 nəfərin öldürülməsi ilə pozulan Türkiyə-İsrail münasibətləri düzəlmək mərhələsindədir. Bu məqsədlə hər iki ölkənin nümayəndə heyətləri İsveçrənin Sürix şəhərində bir araya gəliblər. 

Sputnik Türkiyənin "Hürriyət" qəzetinə istinadən xəbər verir ki, tərəflər arasındakı ilkin razılaşmanı İsrailin baş naziri Benyamin Netanyahu və Türkiyə Xarici İşlər Nazirliyinin aparat rəhbəri Firudin Sinirlioğlu imzalayıblar.

Beş maddədən ibarət razılaşmada deyilir:

1. İsrail tərəfi hadisə zamanı ölən 10 Türkiyə vətəndaşının ailələrinə 20 milyon dollar təzminat ödəyəcək.

2. İki ölkənin səfirliklərinin fəaliyyəti bərpa ediləcək, geri çağırılan səfirlər yenidən göndəriləcək.

3. Türkiyə İsrail hərbçilərinə qarşı məhkəmə prosesindən imtina edəcək. Bu barədə Türkiyə Böyük Millət Məclisində qanun qəbul ediləcək.

4. HAMAS təşkilatının Türkiyədəki fəaliyyəti məhdudlaşdırılacaq. Təşkilatın liderlərindən sayılan Salih əl-Aruri Türkiyədən deportasiya ediləcək. Əl-Arusi 3 İsrail hərbçisini qaçıraraq, öldürməkdə təqsirləndirilir.

5. Təbii qazla bağlı müzakirələr aparılacaq. Razılaşma imzalandığı gündən Türkiyə və İsrail bu sahədə birgə fəaliyyət göstərəcək, İsrail qazının Türkiyə və Avropaya nəqli üçün boru xətti tikiləcək.

Xəbər lenti
0