06:22 22 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0161
  • RUB0.0233
XƏBƏRLƏR
Qısa URL
127

Sputnik Azərbaycan Beynəlxalq İnformasiya Agentliyi və Radiosunun xəbər portalının Azərbaycandilli versiyası "Mediya və informasiya" nominasiyası üzrə Milli Net Milli İnternet Mükafatının laureatı olub.

BAKI, 17 dek-Sputnik. Sputnik Azərbaycan Beynəlxalq İnformasiya Agentliyi və Radiosunun xəbər portalının Azərbaycandilli versiyası "Media və informasiya" nominasiyası üzrə Milli Net Milli İnternet Mükafatının laureatı olub. Münsiflər bu nominasiyada təqdim olunmuş yeddi layihənin məzmunu, dizaynı və funksionallığını qiymətləndiriblər. Nominasiya iştirakçıları arasında ölkə.az informasiya agentliyi 1-ci, Sputnik Azərbaycan Beynəlxalq İnformasiya Agentliyi və Radiosu (Sputnik.az) 2-ci, informasiya texnologiyaları yeniliklərini təqdim edən technews.az 3-cü yeri qazanıb.

Sputnik Azərbaycanın rəhbəri Əziz Əliyev agentliyin bu uğuru haqda deyib: "Milli Net mükafatını əldə etmək Azərbaycanda hər bir internet resursun arzusudur. Bu mükafat Sputnik Azərbaycan Beynəlxalq İnformasiya Agentliyi və Radiosunun fəaliyyətinin yüksək keyfiyyətini təsdiq edir. Sputnik Azərbaycan video, foto, infoqrafika kimi müxtəlif formatlardan istifadə edib aktual yerli və beynəlxalq mövzular üzrə bütün fikir müxtəlifliyini oxucularına təqdim edir".

  • MilliNet 2015 премия
    MilliNet 2015 премия
    sputnik.az/ Мурад Оруджев
  • MilliNet 2015 премия
    MilliNet 2015 премия
    sputnik.az/ Мурад Оруджев
  • MilliNet 2015 премия
    MilliNet 2015 премия
    sputnik.az/ Мурад Оруджев
1 / 3
sputnik.az/ Мурад Оруджев
MilliNet 2015 премия

Bütövlükdə müsabiqənin son qiymətləndirmə mərhələsində 14 nominasiya üzrə mədəniyyət, informasiya, əyləncə və digər sahələri əhatə edən 97 layihə iştirak edib.

Milli İnternet Mükafatı Azərbaycan İnternet Forumu tərəfindən təsis edilən peşəkar internet mükafatıdır. Bu mükafat hər il sosial, mədəni, elmi, iqtisadi, hüquqi və s. sahələrdə fəaliyyət göstərən, Azərbaycan dilində tərtib olunan və fəaliyyət göstərən milli internet resurslarına və internet layihələrinə müsabiqə üsulu ilə təqdim edilir.

Əsas mövzular