SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Smitin hazırladığı sənəd erməni lobbisinin başının altından çıxıb

Abunə olmaq
Asim Mollazadə: ABŞ Konqresində belə təhlükəli sənədin qəbul olunmasının qarşısını almağa çalışmalıyıq.

BAKI, 17 dek — Sputnik. ABŞ-ın Helsinki Komissiyasının sədri Kris Smitin (Chris Smith) Qanunun Aliliyi və İnsan Haqları naminə Azərbaycan Demokratiya aktı, 907-ci düzəliş kimi haqsız bir sənəddir və o, erməni lobbisinin Azərbaycana qarşı hazırladığı sənədlərdən biridir.

Bu fikirləri millət vəkili Asim Mollazadə Sputnik-ə açıqlamasında deyib.

Millət vəkilinin fikrincə, bu, ABŞ-ın maraqlarına qarşıdır. Eyni zamanda, yeni yaranmış ölkələrin hər birinə öz təsirini göstərəcək: "Biz bu istiqamətdə müvafiq işlər apararaq ABŞ Konqresində belə bir təhlükəli hansısa sənədin qəbul olunmasının qarşısını almağa çalışmalıyıq. Bu sənəd əslində haqsız olmaqla yanaşı, eyni zamanda çox ziddiyətlidir, təhlükəlidir. Bunun arxasında duran qüvvələrin məqsədi də məhz bölgədə sabitliyi pozmaqdır".

Amerika Birləşmiş Ştatlarının Helsinki Komissiyasının sədri Kris Smit Qanunun Aliliyi və İnsan Haqları naminə Azərbaycan Demokratiya aktını (Azerbaijan Democracy Act of 2015) təqdim edib. Bu qanun layihəsi Azərbaycan hökumətinin yüksək vəzifəli rəsmilərinə ABŞ-a səfər vizalarının verilməsindən imtina edilməsini nəzərdə tutur.

Xəbər lenti
0