CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İranda sabiq prezident Xatəmi barədə xəbər yaymaq KİV-ə qadağan edilib

© oregonheraldMəhəmməd Xatəmi
Məhəmməd Xatəmi - Sputnik Azərbaycan
Abunə olmaq
İranın İslami İrşad və Mədəniyyət Nazirliyinin sözçüsü Hüseyn Nuşabadi bildirib ki, qanuna əməl etməyən şəxslər cəzalandırılacaqlar.

BAKI, 17 dek-Sputnik. İranın sabiq prezidenti Məhəmməd Xatəminin ölkə mətbuatında çıxışları və fotolarının verilməsi qanunla qadağan olunub.

Sputnik APA-ya istinadən xəbər verir ki, bu barədə İranın "İttilaat" qəzeti yazıb. Məlumata görə, İranın İslami İrşad və Mədəniyyət Nazirliyinin sözçüsü Hüseyn Nuşabadi bildirib ki, qanuna əməl etməyən şəxslər cəzalandırılacaqlar.

Məhəmməd Xatəmi bazar günü ölkənin "İttilaat" qəzetinə müsahibə verib. Bundan sonra prokurorluq "İttilaat" qəzetinin baş redaktoru Mahmud Duayi barəsində cinayət işi açıb.

M. Duayi deyib ki, M. Xatəmi ilə bağlı xəbərləri ali dini lider Ayətullah Xamenei ilə xüsusi məktublaşmadan və onun razılığını aldıqdan sonra yayımlayıb: "Bir gün sonra İranın Məsləhət Şurasının sədri, sabiq prezident Əli Əkbər Haşimi Rəfsəncani deyib ki, mənə qarşı bu cür davranış əsəbdən irəli gəlir və bunu heç bir məntiqi, qanuni əsası yoxdur".

Xəbər lenti
0