Ekologiya nazirinə "Şöhrət" ordeni niyə verilib?

© TrendHüseynqulu Bağırov - ekologiya və təbii sərvətlər naziri
Hüseynqulu Bağırov - ekologiya və təbii sərvətlər naziri - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Prezidenti İlham Əliyev ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

BAKI, 16 dek-Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

Sputnik xəbər verir ki, H.Bağırovun bu yüksək təltifə layiq görülməsinə səbəb, onun Azərbaycanda təbiətin qorunması və ekoloji mühitin yaxşılaşdırılması sahəsində göstərdiyi xidmətlərdir.

Hüseynqulu Bağırov 17 dekabr 1955-ci ildə anadan olub. 1978-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. 1983-1985-ci illərdə Moskva şəhərində elmi fəaliyyətlə məşğul olub. 1996-cı ildə Nyu-York şəhərində Maunt Sent Vinsent kollecinin dil kurslarını bitirib.

1998-ci ildə ABŞ-ın Fulbrayt Assosiasiyasının təqaüdü ilə mükafatlandırılıb və İndiana Universitetində tədqiqatçı-professor vəzifəsində çalışıb, eyni zamanda universitetin Dil Mərkəzində təhsil alıb.

1990-cı ildə keçmiş SSRİ Təhsil Nazirliyinin Kollegiyasının qərarı ilə professor elmi adını alıb.

1978-1983-cü illərdə Təhsil Nazirliyində, sonra isə komsomol orqanlarında çalışıb. 1985-1992-ci illərdə Zaqafqaziya Komsomol və Ali Partiya məktəblərində müəllim vəzifəsində işləyib. 1990-cı ildən Gənclər İnstitutuna, 1992-ci ildən Qərb Universitetinə rəhbərlik edib. 2000-2001-ci illərdə ticarət naziri vəzifəsində işləyib. 2001-ci ildən ekologiya və təbii sərvətlər naziridir.

2005-ci ildə Hava və Ekstremal İdman Növləri Federasiyasının prezidenti seçilib.

Xəbər lenti
0