CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sabah qar yağacaq, şaxta olacaq

© wpapersQar
Qar - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanda temperatur 0-1 dərəcəyədək enəcək.

BAKI, 16 dek-Sputnik. Bakı və Abşeron yarımadasında dekabrın 17-də hava şəraitinin bəzi yerlərdə yağıntılı olacağı, günün ikinci yarısında əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sputnik-ə verilən məlumata görə, havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 7-9 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Azərbaycanın bəzi yerlərində yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı, duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

Xəbər lenti
0