10:59 31 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
1034 0 0

"Azərbaycan" qəzeti bu barədə rəsmi məlumat dərc edib.

BAKI, 16 dek-Sputnik. Rəsmi "Azərbaycan" qəzeti Azərbaycanın 16 illik ömrü olan qəzetlərdən biri "Paritet"-in redaksiyasının ləğv olunduğu barədə qərarı dərc edib. 

"Paritet" qəzeti 1999-cu ilin avqust ayının 17-də yaradılıb. İctimai-siyasi qəzet olaraq həftədə 3 dəfə nəşr olunub. Qəzetin faktiki fəaliyyəti 2012-ci il dekabrın 20-də dayandırılıb.

Qəzetin sabiq baş redaktoru Cəmaləddin Quliyev həmin vaxt bildirmişdi ki, qəzet fəaliyyəti müvəqqəti dayandırılıb və bu barədə qərarı təsisçi qəbul edib. Təsisçi bu qərarın texniki-maddi problemlərlə əlaqədar olduğunu bildirib.

Teqlər:
qəzet, texniki-maddi problemlər, "Paritet" qəzeti, "Azərbaycan" qəzeti, Cəmaləddin Quliyev, Azərbaycan

Əsas mövzular