21:53 19 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.8766
İslam koalisiyası

34 müsəlman dövləti antiterror koalisiyası yaradıb

arabmir
XƏBƏRLƏR
Qısa URL
8811

Səudiyyə Ərəbistanı 34 ölkənin iştirakı ilə terrorizmə qarşı İslam koalisiyasının yaradıldığını bəyan edib.

BAKI, 15 dek-Sputnik. Səudiyyə Ərəbistanı 34 ölkənin iştirakı ilə terrorizmə qarşı İslam koalisiyasının yaradıldığını bəyan edib.

Sputnik-in məlumatına görə, bu barədə "ArabiaTV" telekanalı məlumat yayıb.

Məlumata görə, sözügedən koalisiyaya başda Səudiyyə Ərəbistanı olmaqla Türkiyə, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, Pakistan, Banqladeş, Bəhreyn, Benin, Çad, Toqo, Tunis, Cibuti, Seneqal, Sudan, Syerra-Leone, Somali, Qabon, Qvineya, Fələstin, Komor adaları, Qətər, Fil Dişi Sahili, Küveyt, Livan, Liviya, Mali, Maldiv adaları, Malayziya, Misir, Mərakeş, Mavritaniya, Niger, Nigeriya və Yəmən qoşulub.

Terrorizmə qarşı İslam koalisiyası hərbi alyans kimi yaradılıb. Onun baş qərargahı isə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşəcək.

ABŞ-ın rəhbərliyi altında yaradılmış beynəlxalq antiterror koalisiyasına 65 ölkə daxildir.

Teqlər:
Fil Dişi Sahili, Komor adaları, Maldiv adaları, Liviya, Livan, Küveyt, Nigeriya, Niger, Mavritaniya, Mərakeş, Malayziya, Qvineya, Qabon, Somali, Syerra-Leone, Sudan, Seneqal, Cibuti, Toqo, Çad, Benin, Banqladeş, İordaniya, ArabiaTV, Mali, Misir, Bəhreyn Krallığı, Birləşmiş Ərəb Əmirlikləri, Tunis, Fələstin, Qətər, Yəmən, Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı

Əsas mövzular