SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ermənistan parlament idarə üsuluna keçir

Парламент Армении
Парламент Армении - Sputnik Azərbaycan
Abunə olmaq
Ermənistanın Mərkəzi Seçki Komissiyası prezident idarə üsulunun parlament idarə üsulu ilə dəyişdirilməsinə dair referendumun nəticələrini təsdiq edib.

BAKI, 13 dek-Sputnik. Ermənistan parlament idarə üsuluna keçəcək.

Sputnik-in məlumatına görə, Ermənistanın Mərkəzi Seçki Komissiyası prezident idarə üsulunun parlament idarə üsulu ilə dəyişdirilməsinə dair referendumun son nəticələrini təsdiq edib.

Ermənistanda Konstitusiya dəyişiklikləri ilə bağlı referendum 6 dekabrda keçirilib. Müxalifət bu dəyişikliklərin əleyhinə olub. Referendumdan əvvəlki və sonrakı günlərdə müxalifət qüvvələri referendumun Serj Sarkisyan rejiminin diqtəsi ilə keçirildiyini, kütləvi qanun pozuntuları ilə müşayiət edildiyini və demokratik prinsiplərə zidd olduğunu bildirib.

Xəbər lenti
0