10:04 19 İyul 2018
Canlı yayım
  • RUB0.0270
  • USD1.7000
  • EUR1.9801
Cermuk - Kəlbəcər suyu

Kəlbəcər suyu erməni brendi altında Ukraynada satılır

xezernews
XƏBƏRLƏR
Qısa URL
6701

Ukrayna super marketlərində, restoranlarında və digər satış yerlərində Kəlbəcər suyu "Djermuk" adı ilə erməni brendi kimi təqdim edilir.

BAKI, 12 dek-Sputnik. Ermənilər Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunun sərvətlərini talayaraq özünküləşdirməkdə davam edir.

Sputnik XəzərNews-a istinadla xəbər verir ki, hazırda Ukrayna super marketlərində, restoranlarında və digər satış yerlərində Kəlbəcər suyu "Djermuk" adı ilə erməni brendi kimi təqdim edilir. "Djermuk Qrup" tərəfindən qablaşdırılaraq alıcılar təklif olunan suların qiyməti 20, 23, 28 Ukrayna qrivnisidir.

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu (UABD) tərəfindən aşkarlanan bu halın qarşısının alınması üçün UABD tərəfindən Azərbaycanın Ukraynadakı səfirliyinə, xüsusən də bu məhsulların satışına icazə verən Ukraynanın müvafiq təşkilatlarına müraciətlər hazırlanır. Xatırladaq ki, Kəlbəcər rayonunda məşhur "Karlovı Varı" tipli mineral su yatağının analoqu olan Yuxarı İstisu sularının istismar ehtiyatı gündə 82 min litr, Aşağı İstisu — 260 min litr, Qoturlu — 70 min litr, Tutğun — 600 min litr təsdiq edilib.

Mineral suların bazasında əvvəllər burada sanatoriya-kurort kompleksi, Mineral Su Zavodu fəaliyyət göstərirdi. Kəlbəcər rayonunun mineral sularının istismar və proqnoz ehtiyatları yuxarıda göstərilən rəqəmlərdən dəfələrlə çoxdur. Ermənistan tərəfindən hazırda Kəlbəcərin mineral sularının böyük miqyasda xarici ölkələrə ixracı təşkil olunub.

Teqlər:
Karlovı Varı, Tutğun, sanatoriya-kurort kompleksi, sanatoriya, Azərbaycanın Ukraynadakı səfirliyi, Djermuk Qrup, Mineral Su Zavodu, İstisu, Qoturlu, Djermuk, Kəlbəcər rayonu, Ermənistan, Azərbaycan, kurort, erməni, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu, Ukrayna

Əsas mövzular