AZAL Bakı-Moskva-Bakı reysinin biletlərində ciddi endirim edib

Abunə olmaq
AZAL-ın bir gün əvvəl elan etdiyi tariflərə baqaj və qidalanma daxil deyildi.

BAKI, 11 dek-Sputnik. AZAL Bakı-Moskva (Domodedovo)-Bakı reysinin biletlərində ciddi endirim edib. 

AZAL-ın mətbuat xidmətinin məlumatına görə, Bakı-Moskva (Domodedovo) reysi ilə uçuş biletini qiyməti — cəmi 122 avro, Moskva (Domodedovo)-Bakı — cəmi 110 avrodur. Rüsum və vergilər biletin qiymətinə daxildir.

Bura 8 kq əl bagajı və qidalanma daxildir. Baqajda 23 kq-a qədər olan bir yerin dəyəri 25 avro təşkil edir.

Bir gün əvvəl, dekabrın 10-da "Azərbaycan Hava Yolları" (AZAL) "Domodedovo" aeroportuna eniş olmaqla Bakı-Moskva reysi üçün yeni Promo tarif təklif etmişdi.

Bu tarifə görə, hər iki istiqamətə (gediş və gəliş üçün) biletin qiyməti təxminən 320 manat təşkil edirdi. Bura baqaj daxil deyildi. Sərnişin əlavə 25 avro ödəməklə baqaj (23 kq baqaj) apara bilərdi. Sözügedən tarif baqajsız səyahət edənlər üçün sərfəli hesab olunurdu.

AZAL-ın uçuşları Airbus A320 təyyarələri ilə həyata keçirilir.

Xəbər lenti
0