07:01 04 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
2810

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan: Bizim hərbçilər İraqa təlimatçı qismində gedib, onların fəaliyyəti təlimlə kifayətlənir.

BAKI, 10 dek-Sputnik. Türkiyənin hərbçilərini İraqdan geri çağırmaq niyyəti yoxdur. 

Sputnik-in məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bu gün Ankarada keçirdiyi mətbuat konfransında belə deyib.

"İraqın baş naziri Heydər əl Abadi 2014-cü ildə Ankaraya səfəri zamanı İraq hərbçiləri və polislərinə təlim keçirilməsinə dair müraciət edib. Bizim hərbçilər İraqa təlimatçı qismində gedib, onların fəaliyyəti təlimlə kifayətlənir. Təlim iştirakçılarının sayından asılı olaraq, təlimatçıların sayı dəyişə bilər. Hazırda hərbçilərimizin İraqdan çıxarılması barədə söhbət getmir" — deyə Ərdoğan bildirib.

Prezident əlavə edib ki, dekabrın 21-də Türkiyə, Şimali İraq Kürd Muxtariyyəti və ABŞ arasında görüş baş tutacaq. Görüşdə İraqdakı vəziyyət müzakirə ediləcək.

Teqlər:
konfrans, mətbuat konfransı, İraq, Prezident, ABŞ, Şimali İraq Kürd Muxtariyyəti, Türkiyə prezidenti, Ankara, Rəcəb Tayyip Ərdoğan, Türkiyə

Əsas mövzular