Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Nardaran ziyarətgahının axundu həbs edildi

Nardaran piri
Nardaran piri - Sputnik Azərbaycan
Abunə olmaq
Nardaranda daha bir nəfər hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb.

BAKI, 9 dek — Sputnik. Nardaranda daha bir nəfər hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb. Bu barədə Trend-ə Nardaran sakinləri məlumat veriblər.

Məlumata əsasən, Nardarandakı Rəhimə xanım ziyarətgahının axundu Hacı Nuhbala Rəhimov da polis tərəfindən saxlanılıb. Bildirilir ki, N.Rəhimov ziyarətgahda saxlanılaraq Sabunçu rayon Polis İdarəsinə aparılıb və Sabunçu rayon məhkəməsinin qərarı ilə barəsində 12 sutkalıq həbs qətimkan tədbiri seçilib.

Sakinlər bildiriblər ki, axund da Nardaran hadisələrinə görə saxlanılıb.

Xəbər lenti
0