07:28 24 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0270
  • EUR1.9027
Yük maşını qəzası

Yol qəzaları ilə bağlı dəhşətli rəqəmlər

XƏBƏRLƏR
Qısa URL
7001

11 ayda 816 nəfər həlak olub, 2069 nəfər xəsarət alıb.

BAKI, 9 dek-Sputnik. Azərbaycanda 11 ay ərzində baş vermiş yol-nəqliyyat hadisələri ilə bağlı statistika açıqlanıb.

Sputnik Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevə istinadən xəbər verir ki, 11 ay ərzində respublikanın avtomobil yollarında 2033 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Baş vermiş qəzalarda 816 nəfər həlak olub, 2069 nəfər xəsarət alıb.

Bu müddət ərzində 837 qəza piyadaların vurulması nəticəsində baş verib. Nəticədə 302 piyada ölüb, 612 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Ötmə qaydalarının pozulması və qarşıdan gələn avtomobilin nəqliyyat zolağına çıxması nəticəsində 753 qəza qeydə alınıb. Nəticədə 294 nəfər dünyasını dəyişib, 870 nəfər yaralanıb.

11 ayda 571 qəza sürət həddinin aşılması nəticəsində baş verib. Həmin qəzalarda 267 nəfər ölüb, 465 nəfər isə yaralanıb.

Dəmiryolu keçidlərinin keçilməsi ilə bağlı baş verən 3 qəzada bir nəfər ölüb, 5 nəfər xəsarət alıb.

Sərxoş vəziyyətdə avtomobilin idarə edilməsi nəticəsində 48 qəza baş verib. Nəticədə 24 nəfər həlak olub, 61 nəfər yaralanıb.

Qeyd olunan dövr ərzində 75 qəza avtobus sürücüləri tərəfindən törədilib. Nəticədə 28 nəfər ölüb, 87 nəfər xəsarət alıb.

Yük avtomobilləri tərəfindən baş verən 122 qəzada 68 ölüm, 110 yaralanma faktı qeydə alınıb.

Uşaqların iştirakı ilə baş verən qəzalarda 64 azyaşlı ölüb, 195 uşaq xəsarət alıb.

K. Əliyev bildirib ki, ötən ilin müvafiq dövrü ilə qəzaların sayı 396 fakt, ölənlərin sayı 207 nəfər, xəsarət alanların sayı isə 383 fakt azalıb.

Teqlər:
sürücü, uşaqlar, yol qəzası, qəza, avtomobil qəzası, avtomobil, yol-nəqliyyat hadisələri, Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev, Baş Dövlət Yol Polisi İdarəsi, Kamran Əliyev, Azərbaycan

Əsas mövzular