12:40 16 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0222
  • EUR2.0331
XƏBƏRLƏR
Qısa URL
2711

Bu sistem nəqliyyat vasitəsinin olduğu ərazi, hərəkətin sürəti, yanacağın sərfiyyatı və s. barədə məlumatı real vaxt rejimində dispetçer mərkəzinə ötürəcək.

BAKI, 8 dek-Sputnik. Bu gündən etibarən Bakı Beynəlxalq Avtovağzalında şəhərlərarası və beynəlxalq sərnişindaşıma fəaliyyəti göstərən avtobuslarda yeni GPS izləmə cihazının quraşdırılmasına başlanılıb. 

Bu barədə Sputnik-ə Bakı Beynəlxalq Avtovağzalından məlumat verilib.

Məlumata görə, bu sistem nəqliyyat vasitəsinin olduğu ərazi, hərəkətin sürəti, yanacağın sərfiyyatı və s. barədə məlumatı real vaxt rejimində dispetçer mərkəzinə ötürür. Bu sistemin köməyi ilə istənilən müddət ərzində və müxtəlif səfərlər üzrə sürücülük qabiliyyətinin dəqiq qiymətləndirilməsinə də nəzarət olunur.

Eyni zamanda GPS sisteminin quraşdırılması işləri yekunlaşdıqdan sonra sərnişinlər Bakı Beynəlxalq Avtovağzalının saytına (bbak.az) daxil olaraq şəhərlərarası və beynəlxalq sərnişindaşıma sahəsində xidmət göstərən avtobusların çatma vaxtı ilə bağlı dəqiq məlumat əldə edə biləcəklər. Əsas məqsəd beynəlxalq və daxili sərnişindaşımada xidmət keyfiyyətini yüksəltmək və vətəndaşların təhlükəsizliyinin təmin edilməsidir.

Teqlər:
avtobus, GPS, Avtobuslarda yeni GPS izləmə cihazının quraşdırılmasına başlanılıb, Bakı Beynəlxalq Avtovağzalı, Bakı

Əsas mövzular

  • Rusiya ilə sərhəd

    Rusiya Federasiyasının (RF) "Beynəlxalq avtomobil daşımalarının həyata keçirilməsinə dövlət nəzarəti və həmin daşımaların icrası qaydalarının pozulmasına görə məsuliyyət haqqında" federal qanunvericiliyində dəyişiklik edilib.

    8
  • Rejissor Eldar Quliyev

    Eldar Quliyev 1941-ci ildə Bakıda anadan olub. Ümumilikdə əllidən artıq filmin rejissoru, ssenari müəllifi və bədii rəhbəri olan rejissor "Babək", "Bir cənub şəhərində", "Gümüşgöl əfsanəsi", "Təxribat", "Girov" kimi filmlərin rejissoru olub.

    503
  • Direktor, arxiv şəkli

    Ekspertin fikrincə, bəzi məmurlar məktəb rəhbərlərinin kim olmasına qəsdən göz yumurlar. Belə olan halda isə keyfiyyətdən danışmaq mümkün deyil.

    1124