CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yanğının söndürülməsinə xarici mütəxəssislər cəlb edilib

© korabelNeft yatağında yanğın
Neft yatağında yanğın - Sputnik Azərbaycan
Abunə olmaq
SOCAR-ın "Günəşli" yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində itkin düşən 23 nəfərin, o cümlədən itkin düşən "Neft Daşları"nın 3 əməkdaşının axtarışları davam edir.

BAKI, 8 dek-Sputnik. SOCAR-ın "Günəşli" yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində itkin düşən 23 nəfərin, o cümlədən itkin düşən "Neft Daşları"nın 3 əməkdaşının axtarışları davam edir.

Sputnik xəbər verir ki, bu barədə SOCAR-ın "Azneft" İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov yaradılan operativ qərargahda keçirilən brifinqdə bildirib.

"Axtarışlar heç bir nəticə verməyib. Buna baxmayaraq, axtarış tədbirləri davam etdirilir" — deyə B. Ağarəhimov bildirib.

Baş mühəndis əlavə edib ki, yanğın hələ də söndürülməyib: "Yanğının söndürülməsi ilə 8 gəmi məşğuldur. Bununla yanaşı, yanğının söndürülməsinə bir neçə xarici mütəxəssis cəlb olunub".

Xəbər lenti
0