CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İtkin neftçidən axırıncı zəng: Tufandır, hazırlaşırıq çıxmağa

© SputnikXalid İbrahimov- "Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən qəzada itkin düşən neftçi
Xalid İbrahimov- Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən qəzada itkin düşən neftçi - Sputnik Azərbaycan
Abunə olmaq
Xalid İbrahimov "həyat dramı"nın sonunda əmisi oğluna zəng edib.

BAKI, 8 dek-Sputnik. "Günəşli" yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğında itkin düşənlər arasında Qazax rayon sakini də var.

Sputnik APA-ya istinadən xəbər verir ki, rayonun Ağköynək kənd sakini, 44 yaşlı Xalid İbrahimov 10 ildən artıqdır ki, qaynaqçı kimi fəaliyyət göstərir.

Faciə baş verən gün əmisi oğlu Sadıq İbrahimovla telefonla danışaraq, çalışdıqları neft yatağında güclü külək olduğunu bildirib: "Axırıncı dəfə saat 6-da zəng etmişdi ki, tufandır, hazırlaşırıq çıxmağa. Elə axırıncı zəngi də o oldu. Ondan sonra zəng eləmədi. Yoldaşı, mənim oğlum, qardaşım — hamısı Bakıdadır. Biz də burada gözləyirik".

Xalid İbrahimov ayın 15 gününü dənizdə keçirib, 15 günü isə yaşadığı kənddə təsərrüfatla məşğul olub. Qonşuları onu zəhmətkeş və hamının qayğısına qalan biri kimi xatırlayır: "Gözəl, zəhmətkeş ailə başçısı idi. Balalarından, qohum-əqrəbadan ötrü özünü öldürürdü. Bir qonşunun xeyir-şəri olanda tez özünü çatdırırdı, maşını var idi, hara lazımdısa aparırdı. Allah özü köməyində dursun!"

Xalid İbrahimovun 3 övladı var — iki qız, bir oğlan. Qızları orta məktəbi bitirib, oğlu isə 10-cu sinifdə oxuyur.

Xəbər lenti
0