01:40 18 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0270
  • EUR1.9066
SOCAR ГНКАР

KİV-dəki müəmmalı rəqəmlərə aydınlıq gətirildi

© socar.az
XƏBƏRLƏR
Qısa URL
Günəşli neft platformasında yanğın (59)
97521

Nizaməddin Quliyev: Hadisə zamanı platformada olan işçilərin sayı barədə səsləndirilən müxtəlif rəqəmlərin heç bir əsası yoxdur.

BAKI, 7 dek — Sputnik. Təəssüf edirəm ki, KİV-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza və yanğının nəticələri ilə bağlı əsassız məlumatlar yer almaqdadır. Hadisə zamanı platformada olan işçilərin sayı barədə səsləndirilən müxtəlif rəqəmlərin heç bir əsası yoxdur.

Bunu Sputnik-ə açıqlamasında SOCAR-ın mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev bildirib.

O, bir daha bəyan edib ki, hadisə baş verən zaman platformada 63 içşi olub. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Fövqəladə Hallar Nazirliyi və Respublika Baş Prokurorluğunun birgə məlumatı verilən zaman orada 32 nəfərin təxliyə olunduğu, 1 nəfərinsə cəsədinin çıxarıldığı bildirilirdi. Bu məlumatdan sonra daha 1 nəfər təxliyə olunub. 29 nəfər isə itkindir." 

Mövzu:
Günəşli neft platformasında yanğın (59)
Teqlər:
"Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülü, Respublika Baş Prokurorluğu, Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Azərbaycan Respublikası, SOCAR, SOCAR-ın mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev, Azərbaycan

Əsas mövzular