Sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir

© Azəryolservis ASC-nin mətbuat xidmətiŞamaxinkada parkinqin ləğv edilməsi
Şamaxinkada parkinqin ləğv edilməsi - Sputnik Azərbaycan
Abunə olmaq
Dekabrın 06-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bakı, 5 dek — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə; Bakıda və Abşeron yarımadasında dekabrın 06-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 0-3, gündüz 7-10, Bakıda gecə 1-3, gündüz 7-9 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 775 mm civə sütunundan 772 mm civə sütununa enəcək, nisbi rütubət gecə 80-90, gündüz 50-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, Lənkəran-Astara zonasında yağıntılı olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 7-12 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

Xəbər lenti
0