CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı metrosunda canlı konsert

© TrendBakı metrosunda canlı konsert
Bakı metrosunda canlı konsert - Sputnik Azərbaycan
Abunə olmaq
Bu ayın sonunadək hər həftənin 5-6-cı günlərin metrostansiyalarda canlı konsert olacaq.

BAKI, 4 dek-Sputnik. Metronun "28 May" stansiyasının girişində sərnişinlər üçün konsert verilir.

Sputnik "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevə istinadən xəbər verir ki, bu gündən metroda yeni sosial layihənin icrasına başlanılıb. Belə ki, metroya daxil olan sərnişinləri Azərbaycan Dövlət Konservatoriyasının və Bakı Musiqi Akademiyasının tələbə və məzunlarından ibarət simli kvartet qarşılayıb.

Mətbuat xidmətinin rəhbəri qeyd edib ki, layihənin məqsədi dahi bəstəkar Üzeyir Hacıbəylinin 130 illik yubileyinə töhfə vermək və metro sərnişinlərinə xoş əhval bəxş etməkdir.

Həftənin 5-6-cı günləri ayrı-ayrı metro stansiyalarında keçiriləcək layihə bu ayın sonunadək davam edəcək. Sərnişinlərə klassik musiqi ilə yanaşı, milli musiqi nümunələri də təqdim olunacaq.

Xəbər lenti
0