CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıya yağan yağış 5 nəfəri avtomobildə köməksiz vəziyyətdə qoydu

© Sputnik / Aysun NərimanBakı Kompüter kollecinin ərazisi yağışdan sonra
Bakı Kompüter kollecinin ərazisi yağışdan sonra - Sputnik Azərbaycan
Abunə olmaq
Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri avtomobillərdən 5 vətəndaşı xilas ediblər.

BAKI, 4 dek-Sputnik. Ötən gecə yağan intensiv yağışlar nəticəsində Bakının Nərimanov rayonunda yollarda suyun səviyyəsi xeyli qalxıb.

Sputnik Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, suyun səviyyəsinini qalxması nəticəsində yollarda hərəkət məhdudlaşıb və vətəndaşlar avtomobillərin içərisində köməksiz vəziyyətdə qalıblar.

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq avtomobillərdən 5 vətəndaşı xilas ediblər.

 

Xəbər lenti
0