SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Türkiyənin Baş naziri Azərbaycana gəlib

© TrendTürkiyənin baş naziri Əhməd Davudoğlunun Heydər Əliyev adına Hava limanında qarşılanma mərasimi
Türkiyənin baş naziri Əhməd Davudoğlunun Heydər Əliyev adına Hava limanında qarşılanma mərasimi - Sputnik Azərbaycan
Abunə olmaq
Əhməd Davudoğlunu və xanımı Sara Davudoğlunu hava limanında Azərbaycan Baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər qarşılayıblar.

BAKI, 3 dek-Sputnik. Türkiyənin Baş naziri Əhməd Davudoğlu bu gün Azərbaycana rəsmi səfərə gəlib.

Sputnik xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Türkiyə Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Türkiyənin Baş naziri Ə.Davudoğlunu və xanımı Sara Davudoğlunu hava limanında Azərbaycan Baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər qarşılayıblar.

Xəbər lenti
0