13:02 02 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
17 0 0

Bu gün Serbiyanın paytaxtı Belqradda ATƏT regionundan 40 ölkənin xarici işlər naziri və yüksək səviyyəli diplomatların iştirakı ilə Xarici İşlər Nazirləri Şurasının 22-ci toplantısı keçiriləcək.

BAKI, 3 dek-Sputnik. Bu gün Serbiyanın paytaxtı Belqradda ATƏT regionundan 40 ölkənin xarici işlər naziri və yüksək səviyyəli diplomatların iştirakı ilə Xarici İşlər Nazirləri Şurasının 22-ci toplantısı keçiriləcək.

Sputnik-in məlumatına görə, Şurada Serbiyanın sədrliyi qiymətləndiriləcək. Toplantıda Ukraynadakı vəziyyət, miqrasiya, terrorizm problemləri müzakirə ediləcək.

Nazirlər Şurası ATƏT-in əsas qərarverici və idarəedici orqanıdır. Hər il keçirilən toplantılarda ATƏT-ə üzv dövlətlərin xarici işlər nazirləri, tərəfdaş ölkələrdən və bir neçə beynəlxalq təşkilatdan olan nümayəndə heyətlərinin iştirakı ilə təşkilatın ötən il ərzində fəaliyyəti nəzərdən keçirilir və təhlükəsizlik məsələləri üzrə təkliflər təqdim edilir.

2016-cı ilin yanvarın 1-dən Şuraya sədrlik Almaniyaya keçəcək.

Teqlər:
Şura, Almaniya, Ukrayna, Belgrad, ATƏT, Serbiya

Əsas mövzular