CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nardarana qaz verilişinin bərpasına başlanılıb

© 7newsQaz
Qaz - Sputnik Azərbaycan
Abunə olmaq
"Azəriqaz" İstehsalat Birliyi ötən gündən etibarən Nardaran qəsəbəsinin sakinlərinə qazın verilişinin bərpası üzrə işlərə başlayıb.

BAKI, 1 dek-Sputnik. "Azəriqaz" İstehsalat Birliyi ötən gündən etibarən Nardaran qəsəbəsinin sakinlərinə qazın verilişinin bərpası üzrə işlərə başlayıb.

Sputnik xəbər verir ki, bunu jurnalistlərə "Azəriqaz"ın rəhbəri Əkbər Hacıyev deyib.

Noyabrın sonlarında qaza olan borclara görə Nardaran sakinlərinin evlərinə qaz verilişi dayandırılıb.

Nardaran əhalisinin təbii qaza görə dövlətə olan borcu 1 milyon 376 min manat təşkil edir. Bunun 387 min 330 manatı 2013-cü il, 558 min 624 manatı 2014-cü il, 450 min 363 manat isə bu ilin 10 ayı üçün olub.

Xəbər lenti
0