Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Türkiyə Rusiya vətəndaşlarına sanksiya tətbiq etməyəcək

Əhməd Davudoğlu
Əhməd Davudoğlu - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyənin baş naziri Əhməd Davudoğlu rəsmi Ankaranın Rusiya vətəndaşlarına münasibətdə məhdudiyyətlər tətbiq etməyəcəyinə dair vəd verib.

BAKI, 30 noy-Sputnik. Türkiyənin baş naziri Əhməd Davudoğlu rəsmi Ankaranın Rusiya vətəndaşlarına münasibətdə məhdudiyyətlər tətbiq etməyəcəyinə dair vəd verib.

Sputnik APA-ya istinadən xəbər verir ki, Davudoğlu bu barədə NATO baş katibi Yens Stoltenberqlə Brüsseldə keçirdiyi birgə mətbuat konfransında bəyan edib.

"Rus xalqına mənfi təsir edəcək fəaliyyətimiz olmayacaq. Rus xalqı xalqımız üçün dostdur. Antalya bir çox rus üçün ikinci evə çevrilib. Biz rus turistləri yenə gözləyirik", — deyə baş nazir əlavə edib.

Ə. Davudoğlu Türkiyənin həmişə sanksiyalara qarşı olduğunu xatırladıb: "Sanksiyalardan əziyyət çəkən Rusiyanın Türkiyəyə münasibətdə sanksiya tətbiq etməsi onun mövqeyi ilə ziddiyyət təşkil edir. İqtisadi münasibətlər hər iki ölkə üçün vacibdir."

Baş nazir həmçinin Rusiyanı hər iki ölkənin maraqları çərçivəsində fəaliyyət göstərməyə çağırıb: "Biz gələcək münasibətlərimizi müzakirə edəcəyimiz dialoqa hazırıq. Lakin sərhədlərimizi qorumaqla biz borcumuzu yerinə yetirdik".

Ə. Davudoğlu SU 24 insidenti ilə bağlı Rusiyaya bütün informasiyanı təqdim etməyə və gələcəkdə oxşar insidentlərin qarşısının alınması üçün müzakirələrə hazır olduqlarını da açıqlayıb.

Noyabrın 28-də Rusiya prezidenti Vladimir Putin Türkiyəyə münasibətdə xüsusi iqtisadi tədbirlərin görülməsi ilə bağlı əmr imzalayıb.

Rusiyaya məxsus SU 24 bombardmançı təyyarə Türkiyənin F 16 təyyarəsi tərəfindən ölkə sərhədlərini pozduğu üçün noyabrın 24-də vurulub.

Xəbər lenti
0