Müdafiə Nazirliyi 4 general məsələsinə aydınlıq gətirdi

© ann.azМинистерство обороны АР
Министерство обороны АР - Sputnik Azərbaycan
Abunə olmaq
General-mayor Qorxmaz Qarayev həqiqətən də "öz arzusu ilə" Ali Baş Komandanın sərəncamına əsasən ehtiyata buraxılıb.

BAKI, 30 noy-Sputnik. Azərbaycan Müdafiə Nazirliyi 4 generalın ordu sıralarından tərxis edilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Sputnik Nazirliyin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, bəzi elektron informasiya vasitələrində Silahlı Qüvvələrin 4 generalının ordu sıralarından tərxis edilməsinə dair yayılan xəbərlər həqiqəti tam əks etdirmir.

"Məlumatda adı qeyd olunan general-mayor Qorxmaz Qarayev həqiqətən də "öz arzusu ilə" Ali Baş Komandanın sərəncamına əsasən ehtiyata buraxılıb. Xəbərdə adları qeyd olunan digər 3 ali rütbəli zabit — general-mayor Fəxrəddin Cəbrayılov, general-mayor Rafiq Hüseynov və general-mayor Mirzə Almasov isə ordu sıralarından ehtiyata buraxılmaları üçün komandanlığa müraciət ediblər. Müdafiə naziri tərəfindən general-mayor F. Cəbrayılov və general-mayor R. Hüseynovun Mərkəzi Hərbi Həkim Komissiyasının çıxardığı "xəstəliyə görə" rəyinə, general-mayor M. Almasovun isə "öz arzusu ilə" Silahlı Qüvvələr sıralarından ehtiyata buraxılmaları barədə Ali Baş Komandan qarşısında vəsatət qaldırılacaq", — deyə MN-in məlumatına qeyd olunur.

Xəbər lenti
0