SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Paris konfransına qatılacaqlar

© pusulaswissЭрдоган и Путин
Эрдоган и Путин - Sputnik Azərbaycan
Abunə olmaq
Bu gün Fransanın paytaxtı Parisdə 21-ci BMT İqlim Dəyişikliyi Konfransı başlayacaq.

BAKI, 30 noy-Sputnik. Bu gün Fransanın paytaxtı Parisdə 21-ci BMT İqlim Dəyişikliyi Konfransı başlayacaq.

Sputnik APA-ya istinadən xəbər verir ki, noyabrın 30-dan dekabrın 11-dək keçiriləcək konfransa 195 ölkənin dövlət və hökumət rəhbərləri dəvət olunub. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putinin də tədbirə qatılması nəzərdə tutulub. Konfrans çərçivəsində iki ölkə prezidenti arasında görüş keçiriləcəyi ehtimal edilir.

Rusiya hərbi təyyarəsinin Suriyada vurulmasından sonra iki ölkə arasında münasibətlər gərginləşib. Ərdoğan hadisədən sonra dəfələrlə Putinlə görüşməyi təklif etsə də, bu təşəbbüsə müsbət cavab verilməyib. Putin "Türkiyə üzr istəməsə, görüş olmayacaq" — deyə, bildirib.

Xəbər lenti
0