01:42 18 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0270
  • EUR1.9066
Bill Blasio - Nyu Yorkun Bələdiyyə başçısı

Körpələrin ölməsini istəyən prezidentliyə namizəd kimdir?!

Alan
XƏBƏRLƏR
Qısa URL
68012

Bill Blasio: Prezidentliyə namizəd xüsusilə uşaq miqrantların qəbul edilməyəcəyini dedi.

BAKI, 19 noy — Sputnik. Nyu York şəhərinin Bələdiyyə başçısı Bill Blasio, suriyalı qaçqınları qəbul etməyəcəklərini deyən, ABŞ prezidentliyinə namizəd respublikaçı Kris Kristini (Chris Christie) əlində tutduğu şəkillə qınayaraq, yerdən yerə vurub.

Bir neçə ay öncə cəsədi Aralıq dənizinin sahilinə çıxan azyaşlı uşaq Aylan Kürdinin şəkli ilə mesaj verən Blasio, prezidentliyə namizəd Kristini ABŞ üçün utancverici şəxs adlandırıb.

Fotoşəkili əlində yelləyən Bill Blasio, "Bu uşağın ölümü, dünyanın dörd bir tərəfində qəzetlərin manşeti oldu. Bu şəkil, sözün tam mənası ilə dünyanı təsiri altına aldı. Prezidentliyə namizəd Kristi, xüsusilə uşaqların qəbul edilməyəcəyini söylədi. İstədiyi şey körpələrin ölməsidirmi? Tarix boyu, ABŞ-ın qapıları miqrantların üzünə açıq olub. Əminəm ki, Kristinin ataları da immiqrant olaraq bu ölkəyə gəlib. Vəziyyət belə ikən, qaçqınlara qapımızı bağlamağı istəmək ikiüzlülükdən başqa bir şey deyil" deyib.

Bəzi Respublikaçı senatorlar, Suriya və İraqdan olan qaçqınların ölkəyə girməsinə açıq şəkildə qarşı çıxır.

Teqlər:
immiqrant, İraq, Suriya, Aylan Kurdi, senator, New York, Respublika, Bill Blasio, Chris Christie, ABŞ, Nyu York

Əsas mövzular