19:15 17 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0260
  • USD1.7000
  • EUR1.9649
İstanbulda İranda türklərin hüquqlarının pozulmasına qarşı aksiya

Təbriz aksiyasına İstanbuldan dəstək

APA
XƏBƏRLƏR
Qısa URL
17401

Türkiyənin İstanbul şəhərində İranda Azərbaycan türklərinin təhqir olunmasına etiraz olaraq aksiya keçirilib.

BAKI, 15 noy-Sputnik. Türkiyənin İstanbul şəhərində İranda Azərbaycan türklərinin təhqir olunmasına etiraz olaraq aksiya keçirilib.

Sputnik APA-ya istinadən xəbər verir ki, Turançı Hərəkat Platformasının təşkil etdiyi mitinqdə güney azərbaycanlılarla yanaşı Türkiyənin bəzi milliyyətçi təşkilatlarının təmsilçiləri də iştirak ediblər.

Aksiya iştirakçıları İstanbulun Çəmbərlitaş səmtindən İran İslam Respublikasının İstanbuldakı Baş Konsulluğuna yürüş ediblər.

Onlar "Azərbaycan bir olsun, istəməyən kor olsun!", "Bakı-Təbriz-Ankara: yürüyürük Turana!" kimi şüarlar səsləndiriblər.

Baş Konsulluğun önündə çıxış edən Turançı Hərəkat Platformasının koordinatoru Həsən Kocabəy İranda türklərin təhqir edilməsinə qarşı etirazlarının davam edəcəyini qeyd edib. O, bu etirazlara dəstək ifadə etmək üçün bugünkü aksiyanı keçirdiklərini bildirib.

Daha sonra Baş konsulluğunun önünə qara çələng qoyulub.

Təhlükəsizlik qüvvələrinin əhatəsində keçirilən aksiya heç bir insident olmadan başa çatıb.

Turançı Hərəkat Platformasının Türkiyənin 10 vilayətindəki təşkilatları da bu gün eyni məzmunlu etiraz aksiyası keçirib.

Əsas mövzular