01:17 26 Fevral 2018
Canlı yayım
Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan

Azərbaycan prezidenti G 20 ölkələri liderlərinin sammitində

© AZƏRTAC
XƏBƏRLƏR
Qısa URL
29411

Noyabrın 15-də Türkiyənin Antalya şəhərində “Böyük İyirmilik” ölkələri liderlərinin Sammiti öz işinə başlayıb.

BAKI, 15 noy — Sputnik. Noyabrın 15-də Türkiyənin Antalya şəhərində “Böyük İyirmilik” ölkələri liderlərinin Sammiti öz işinə başlayıb.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Sammitdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və digər ölkələrin dövlət başçılarını, həmçinin beynəlxalq təşkilatların rəhbərlərini qarşıladı.

Zirvə görüşünün iştirakçıları birgə foto çəkdiriblər.

Xatırladaq ki, “Böyük İyirmiliyə” daxil olan ölkələr dünya sənayesinin 85 faizini, ümumi daxili məhsulun 90 faizini, dünya ticarətinin 80 faizini təmsil edirlər. Dünya əhalisinin üçdə iki hissəsi "Böyük İyirmiliyin" üzvü olan ABŞ, Böyük Britaniya, Türkiyə, Yaponiya, Kanada, Almaniya, Fransa, İtaliya, Rusiya, Avstraliya, Braziliya, Hindistan, Çin, İndoneziya, Meksika, Səudiyyə Ərəbistanı, Cənubi Afrika Respublikası, Argentina, Koreya Respublikası və Avropa İttifaqı ərazisində yaşayır.

Sayca onuncu dəfə keçirilən bu Sammitdə Azərbaycan xüsusi dəvətli qonaq statusunda təmsil olunur. Tədbirin ənənəsinə görə, toplantıya ev sahibliyi edən ölkə tərəfindən fəxri qonaq dəvət edilir. Türkiyənin fəxri qonaq qismində Azərbaycanı seçməsi ölkələrimiz arasındakı qardaşlıq əlaqələrinin bir daha təsdiqi olmaqla yanaşı, Azərbaycanın iqtisadi potensialına verilən önəmin göstəricisidir.

  • Azərbaycan prezidenti və xanımının qarşılanması
    Azərbaycan prezidenti və xanımının qarşılanması
    © AZƏRTAC
  • Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan
    Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan
    © AZƏRTAC
  • Президенты Турции и Азербайджана с членами семей в Анталье
    Azərbaycan və Türkiyə prezidentləri ailə üzvləri ilə
  • Саммит лидеров стран Большой двадцатки в турецкой провинции Анталья
    Türkiyənin Antalya şəhərində G20 ölkələri liderlərərinin sammiti
  • Antalyada G 20 ölkələri liderlərinin sammiti
    Antalyada G 20 ölkələri liderlərinin sammiti
    © AZƏRTAC
1 / 5
© AZƏRTAC
Azərbaycan prezidenti və xanımının qarşılanması

Əsas mövzular