CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"American Airlines" Parisə olan bütün uçuşları dayandırıb

© onedio.com"American Airlines" şirkətinin təyyarəsi
American Airlines şirkətinin təyyarəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Parisin "11 Sentyabr"ı adlandırılan noyabrın 13-ü baş vermiş terror hadisəsindən sonra hava sektorundan ilk reaksiya "American Airlines" aviaşirkətindən verilib.

BAKI, 14 noy —Sputnik. Parisin "11 Sentyabr"ı adlandırılan noyabrın 13-ü baş vermiş terror hadisəsindən sonra hava sektorundan ilk reaksiya "American Airlines" aviaşirkətindən verilib.
Sputnik AZƏRTAC-a istinadən xəbər verir ki, ABŞ-a məxsus aviaşirkət Parisə olan bütün uçuşları dayandırıb. Bu barədə aviaşirkətin rəsmi nümayəndəsi Coşua Frid bildirib ki, hal-hazırda Fransanın "Şarl de Qoll" hava limanına uçuşlar açıqdır. Lakin onlar əlavə məlumat alana qədər uçuşları saxlayıblar.

Uçuşların bərpa olunma tarixi barədə heç bir açıqlama verilməyib. Digər aviaşirkətlərində təhlükəsizlik səbəbiylə buna bənzər qərarlar alacaqları gözlənilir.

Fransanın Xarici İşlər Nazirliyi noyabrın 13-də hava və dəmir yolu ilə ölkəyə giriş çıxışın sərbəst şəkildə olacağını bildirib.

Qeyd edək ki, Fransanın "Orly" hava limanı terror hadisəsinə görə bağlanıb.

Xəbər lenti
0