Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Avtovağzalın qarşısındakı sürüşmə davam edəcək?

© interaztv.comAvtovağzal
Avtovağzal - Sputnik Azərbaycan
Abunə olmaq
Ekologiya və Təbii sərvətlər nazirliyinin baş geoloqu Ələmdar Piriyev: Bakı Beynəlxalq Avtovağzalının qarşısındakı Bakı-Sumqayıt mağıstralında baş verən sürşümə-çökmədə nisbi sakitlik yaranıb.

BAKI, 11 noy — Sputnik. Bakı Beynəlxalq Avtovağzalının qarşısındakı Bakı-Sumqayıt mağıstralında baş verən sürşümə-çökmədə nisbi sakitlik yaranıb.

Bunu Sputnik-ə açıqlamasında Ekologiya və Təbii sərvətlər nazirliyinin baş geoloqu Ələmdar Piriyev deyib.

Onun sözlərinə görə, sürüşmə-çökmə faktı baş verən ərazidə Bakı Beynəlxalq Avtovağzalı ilə  Bakı-Sumqayıt mağıstralı arasındakı istinad divarlarında bərkitmə işlər aparılır. 

“İki gün öncə nazirliyin əməkdaşları hadisə yerində olublar və aparılan işlərlə tanış olublar. Orada istinad divarlarında bərkitmə işləri aparıldığından sürüşmə-çökmə yerində müvəqqəti də olsa sakitlik yaranıb və çatlarda hər hansı genişlənmə qeydə alınmayıb”, — deyə Piriyev əlavə edib.

Piriyev deyib ki, hazırda istinad divarları dəmir konstruksiyalr vasitəsi ilə bərkidilib və bunlar müvəqqəti də olsa sürüşmənin qarşısını alır. 

“Bundan əlavə olaraq orada dərin özüllər qazılır və bu yolla da sürüşmənin genişlənməsinin qarşısının alınması istiqamətində  bərkitmə işləri aparılır”, — baş geoloq deyib.

Qeyd edək ki, cari ilin oktyabr ayında Bakı-Sumqayıt şossesinin Bakı Beynəlxalq Avtovağzalı qarşısındakı hissəsində sürüşmə-çökmə hadisəsi qeydə alınıb və nəticədə  mağistralın köməkçi yolu və avtodayanacaq bağlanıb.  Sürüşmənin əsas səbəbi kimi yağan yağışlar və ərazidəki yaşıl örtüyün intensiz suvarılması ilə əlaqələndirlib. 

AMEA-nın rəyinə görə isə ərazidə sürüşmənin baş verməsinin səbəbi həmin ərazidə yol altında və yol altına yaxın olan infrastrukturda bərkitmə işlərinin keyfiyyətlə aparılmaması olub.

Xəbər lenti
0