CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Astarada 100-dən çox ev sel sularının altında qalıb

© APAAstara şəhərində evlər sel altında qaldı
Astara şəhərində evlər sel altında qaldı - Sputnik Azərbaycan
Abunə olmaq
Suötrücü kanalların mühafizə zolağında fərdi yaşayış evləri tikildiyindən suötürücü kanalların qarşısı kəsilib, nəticədə daşğın yaranıb.

BAKI, 9 noy-Sputnik. Astara şəhərində 100-dən yuxarı yaşayış evi sel sularının altında qalıb.

Sputnik APA-ya istinadən xəbər verir ki, Astara Rayon İcra Hakimiyyəti (RİH) başçısının Astara şəhəri üzrə nümayəndəsi Şahverən Cavadov selin son 4 gün ərzində bölgəyə düşən intensiv yağışlar səbəbindən baş verdiyini deyib. Ən gərgin vəziyyət isə şəhərin Heydər Əliyev prospekti, Azərbaycan, Səməd Vurğun, Ziya Bünyadov və Həzi Aslanov küçələri ərazilərində yaranıb. Belə ki, həyətləri, evlərin zirzəmilərini, küçələri su basdığından sakinlər öz isti ocaqlarını tərk etmək məcburiyyətində qalıblar. Artıq 20-yə yaxın ailə su basma ilə əlaqədar qohumlarının yanına köçürülüb.

Təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə Astara RİH-də fövqəladə qərargah yaradılıb. İki gündür ki, müvafiq qurumlar gərgin iş rejiminə keçirilib. Təbii fəlakətin nəticələrinin qaldırılması tədbirlərinə Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin əməkdaşları da cəlb olunublar. Ağır texnikanın və işçi qüvvəsinin köməyi ilə kanallar dərinləşdirilir.

Ş.Cavadovun sözlərinə görə, suötrücü kanalların mühafizə zolağında 10-15 il əvvəl fərdi yaşayış evlərinin tikilməsi səbəbindən həmin ərazilərdə su ötürücü kanalların qarşısı alınıb. Bununla belə, həyətlərdən və küçələrdən sel sularının qısa müddətdə çıxarılması üçün bütün lazımi tədbirlər görülməkdədir.

Qeyd edək ki, cənub bölgəsində yağmurlu hava şəraiti davam edir.

Xəbər lenti
0