Meteoroloqlardan bədbin proqnoz

Hava məkanı
Hava məkanı - Sputnik Azərbaycan
Abunə olmaq
Noyabrın 7-9-da insanların səhhəttində narahatlıq yarana bilər.

BAKI, 6 noy — Sputnik. Noyabrın 7-dən 9-dək Abşeron yarımadasında meteoroloji amillər meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, rütubətli hava şəraitinin üstünlüyü bəzi insanlarda narahatlıq hissi yarada bilər.

Sputnik Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, noyabrın 7-də da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər və axşam yarımadanın bəzi yerlərində çiskinli yağış yağacağı ehtimalı var.

Şimal-şərq küləyi əsəcək. Gecə 7-10, gündüz 11-14 dərəcə isti olacaq.

Noyabrın 7-də Azərbaycanın bölgələrinin ayrı-ayrı yerlərində duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4-9, gündüz 10-15, dağlarda gecə 0-5 isti, gündüz 7-12 dərəcə isti olacaq.

Xəbər lenti
0