Mədət Quliyevə yeni vəzifə verilib

Mədət Quliyev
Mədət Quliyev - Sputnik Azərbaycan
Abunə olmaq
Milli Təhlükəsizlik nazirinin 1-ci müavini Dövlət Komissiyasının sədri təyin edilib.

BAKI, 4 noy-Sputnik. Milli Təhlükəsizlik nazirinin 1-ci müavini Mədət Quliyev Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri təyin edilib.

Sputnik xəbər verir ki, bu barədə Milli Təhlükəsizlik Nazirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Trend-in sorğusuna verilən cavabda bildirilir.

Qeyd olunur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 oktyabr 2015-ci il tarixli Sərəncamı ilə Milli Təhlükəsizlik nazirinin 1-ci müavini Mədət Quliyev Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri təyin edilib.

Oktyabrın 17-də Prezident İlham Əliyevin sərəncamı ilə Milli Təhlükəsizlik naziri Eldar Mahmudov vəzifəsindən azad olunub. Digər sərəncamla Ədliyyə Nazirinin müavini, Penitensiar xidmətin rəisi Mədət Quliyev Milli Təhlükəsizlik nazirinin birinci müavini təyin edilib və nazir səlahiyyətləri M.Quliyevə həvalə edilib.

Xəbər lenti
0