05:48 09 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR

Heydər Əliyev ilk dəfə seçkilərdə səs verib

XƏBƏRLƏR
Qısa URL
26 0 0

O, ailə üzvləri ilə birlikdə 6 saylı seçki məntəqəsinə gələrək səsvermə hüququndan istifadə edib.

BAKI, 1 noy — Sputnik. Azərbaycan prezidentinin oğlu Heydər Əliyev ilk dəfə səs verib.

APA-nın məlumatına görə, H. Əliyev bu gün ailə üzvləri ilə birlikdə 6 saylı seçki məntəqəsinə gələrək səsvermə hüququndan istifadə edib.

Məntəqə seçki komissiyasının sədri Rüfət Həsənov bu münasibətlə H. Əliyevi Mərkəzi Seçki Komissiyasının adından təbrik edib.

Bu gün V çağırış Milli Məclisə seçkilər keçirilir.

Sputnik-in məlumatına görə, Milli Məclisə seçkilərdə 125 yer uğrunda 767 deputatlığa namizəd mübarizə aparır.

Seçkilərdə müşahidə aparmaq üçün ümumilikdə 66 min müşahidəçi qeydiyyatdan keçib. Bura 40 təşkilatı, 27 ölkəni təmsil edən 501 beynəlxalq müşahidəçi də daxildir.

Səhər saat 8:00-da səsverməyə start veriləcək, saat 19:00-da isə səsvermə bitəcək.

Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzi tərəfindən səsvermənin gedişi və nəticələri barədə saat 10.00, saat 12.00, saat 15.00, saat 17.00 və saat 19.00-da ilkin məlumatlar veriləcək. Səsvermənin gedişi və nəticələri barədə alınan məlumatlar hüquqi əhəmiyyət daşımayan ilkin məlumatlar hesab edilir.

Milli Məclisə seçkilərlə əlaqədar "ELS" Müstəqil Araşdırmalar Mərkəzi, "Rəy" Monitorinq Mərkəzi müstəqil, Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiə Mərkəzi "Opinion Way" Sosioloji Tədqiqatlar İnstitutu (Fransa), Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası isə "AJF & Associates İnc." şirkəti (ABŞ) ilə birgə "exit-poll" keçirəcək.

Əlaqədar

AŞPA: Seçkilərdə müsbət atmosfer müşahidə olunur
Azərbaycan prezidenti parlament seçkilərində səs verib
Bu gün Azərbaycanda Milli Məclisə seçkilər keçirilir
Teqlər:
Seçki məntəqəsi, Milli Məclis, seçkilər, Azərbaycan

Əsas mövzular